EN

Rusiyadakı təyyarə qəzasının günahkarı bəlli oldu

Xabarovsk-Blaqoveşensk-Tında reysi ilə uçan An-24 təyyarəsi pis görmə şəraitində eniş zamanı ekipajın səhvi ucbatından qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı "Mash" "Telegram" kanalı yayıb.

Bildirilir ki, təyyarənin göyərtəsində 49 nəfər olub: 6 ekipaj üzvü və 43 sərnişin, o cümlədən beş uşaq. Sərnişinlər arasında bir yaşlı uşaq və məşhur cərrah da olub.

İlkin məlumata görə, təbii fəlakətdən sağ qalan yoxdur.

Təyyarə Tında eniş edə bilməyib və sonra radarlardan itib. İkinci eniş cəhdi də uğursuz olub. Mi-8 axtarış helikopteri daha sonra onun qalıqlarını tapıb.

Chosen
89
publika.az

1Sources