EN

Səudiyyə Ərəbistanı Suriyaya 6 milyard dollardan çox investisiya qoyacaq

Bakı, 24 iyul, AZƏRTAC

Cümə axşamı, iyulun 24-də Dəməşqdə Suriya-Səudiyyə İnvestisiya Forumu işə başlayıb. Bu tədbir çərçivəsində milyardlarla dollar dəyərində müqavilələrin imzalanacağı gözlənilir.

AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falihin başçılıq etdiyi Krallığın yüksəksəviyyəli nümayəndə heyəti vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi altında Suriyanın yenidən qurulmasına kömək səyləri çərçivəsində başlayan forumda iştirak etmək üçün çərşənbə günü Dəməşqə gəlib.

Əl-Falih jurnalistlərə müsahibəsində bildirib ki, Suriya ilə dəyəri 6 milyard dollardan çox olan 47 saziş və anlaşma memorandumu imzalanacaq.

Səudiyyə Ərəbistanın naziri Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın iştirakı ilə keçirilən forumun açılış mərasimində bildirib ki, nümayəndə heyətinin səfəri Ər-Riyadın Dəməşqə dəstəyini nümayiş etdirir.

Chosen
47
1
azertag.az

2Sources