Bu gün gecə uçuşlara məhdudiyyətlər tətbiq edildikdən sonra Soçi hava limanında 28 reysin uçuşu və 28 reysin enişi təxirə salınıb.
News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Soçi aeroportundan məlumat verilib.
Uçuş vaxtlarının tənzimlənə biləcəyi qeyd olunub:
“Soçi hava limanının terminalında vəziyyət sakitdir: yemək məntəqələri açıqdır, bütün sektorlarda istirahət yerləri var, ana və uşaq otağı da fəaliyyət göstərir”, - məlumatda qeyd olunub.