EN

Kompüter elmləri, informasiya təhlükəsizliyi sahəsində qadınların iştirakı dəfələrlə artıb - Nazir müavini

Bakı.Trend:

Kompüter elmləri, informasiya təhlükəsizliyi sahəsindəqadınların iştirakı dəfələrlə artıb.

Trend xəbərverir ki, bunu “İKT-də Qadınlar” layihəsi çərçivəsində “RəqəmsalSahibkarlıq” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimindərəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovdeyib.

Onun sözlərinə görə, finala çıxan 11 komandanın izlənilməsi,layihələrin izlənilməsi üçün lazımi dəstək göstəriləcək:

"Nazirlik olaraq bu sahənin bütün vətəndaşlar, o cümlədən,qadınlar üçün əlçatan olması məqsədilə tədbirlər həyata keçirilir.Qadınların bu sahəyə olan marağı 4 ilin statistikasında özünügöstərir. Kompüter elmləri, informasiya texnologiyaları,informasiya təhlükəsizliyi sahəsində qadınların iştirakı dəfələrləartıb. Xüsusi olaraq informasiya təhlükəsizliyi sahəsini göstərməkistəyirəm. Burada qadınların iştirakı dəfələrlə artıb".

S.Məmmədov qeyd edib ki, bu tədbirlər qadınların rəqəmsaliqtisadiyyatdakı rolunu təkmilləşdirir:

"Əmək bazarında gender bərabərliyinin artırılması rəqabətimkanını artırır. Ölkənin innovasiya qabiliyyəti bir neçə ildir ki,stabil olaraq qalır. Biz 113 ölkə arasında 57-ci yerdəyik. Bizxanımlarımızı İKT innovasiya sahələrində iştirakına çağırmalı vətəmin etməliyik".

Chosen
102
az.trend.az

1Sources