EN

Quşçuluq və arıçılıq təsərrüfatlarının sığortalanması planlaşdırılır

Azərbaycanda quşçuluq və arıçılıq təsərrüfatlarının sığortalanması gözlənilir.

Bunu Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib.

Onun sözlərinə görə, quşçuluq və arıçılıq təsərrüfatlarının sığortalanması məqsədilə qanunvericiliyə və normativ-hüquqi aktlara dəyişiklikləri nəzərdə tutan layihələr hazırlanmaqdadır.

Qeyd edək ki, 2024-cü ildə 30 601 təsərrüfatda mövcud olan 579 min arı ailəsindən 5 166,3 ton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kq arı südü əldə olunmuşdur. İstehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,6 manat, mumun - 16,5 manat, vərəmumun - 109,7 manat, güləmin - 140,9 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 7 manat olub.

2023-cü illə müqayisədə 2024-cü ildə arı ailələrinin sayı 3,1 % azalıb, bal istehsalı 13,5 %, güləm istehsalı 88,8 % artıb, mum istehsalı 23,5 %, vərəmum istehsalı 43%, arı südü istehsalı 14,9 %, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,4 % azalıb. Arı ailələrinin sayında və bəzi arıçılıq məhsullarının istehsalında azalma əsasən arı xəstəlikləri ilə əlaqədar olub.

Ölkədə gündə 4-4,5 milyon ədəd, ümumilikdə ildə 2 milyard ədədə yaxın yumurta istehsal edilir. İstehsal olunan yumurtanın bir hissəsi xarici ölkələrə ixrac edilir.

© “Report”

quşçuluqarıçılıqsığorta
Chosen
51
5
marja.az

6Sources