Cənub-Şərqi Asiyada Tailandla Kamboca arasında azı altı müxtəlif nöqtədə silahlı toqquşmalar baş verir.
Tayland ordusu, artan gərginlik səbəbilə bütün sərhəd keçidlərini müvəqqəti olaraq bağlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Taylandlı hərbi rəsmilərdən Vitse-admiral Surasant Kongsiri verdiyi açıqlamada, Kambocanın səhər saatlarında pilotsuz uçuş aparatları (PUA) və raketatanlarla silahlanmış əsgərlərini sərhəd bölgəsinə yerləşdirdiyini bildirib.
“Kambocalı əsgərlər Tayland qüvvələrinə atəş açıb. Əsgərlərimiz qanuni müdafiə çərçivəsində cavab verib”, - deyə S. Kongsiri əlavə edib.
Məlumata görə, bölgədə gərginlik yüksəkdir və hər iki tərəf sərhəd boyunca hərbi varlıqlarını artırır. Toqquşmaların dəqiq nəticələri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Rəsmilər mülki vətəndaşların təhlükəsizliyi üçün sərhəd bölgəsinə səyahət etməmələri barədə xəbərdarlıq ediblər.Tayland Xarici İşlər Nazirliyi, Kamboca ordusunun Tayland ərazisində bir xəstəxana da daxil olmaqla mülki əhalinin yaşadığı əraziləri hədəf alaraq hücumlar təşkil etdiyini və bu hücumların insan tələfatına səbəb olduğunu bildirib.
Nazirlik qonşu ölkəni beynəlxalq hüququ ciddi şəkildə pozduğunu bildirdiyi bu hərəkətlərə son verməyə çağırıb:
“Əgər Kamboca beynəlxalq hüquq və prinsiplərə zidd olaraq Taylandın suverenliyinə qarşı silahlı hücumlarını və pozuntularını davam etdirərsə, Tayland özünümüdafiə tədbirlərini gücləndirməyə hazırdır”.