EN

SOCAR və “Uzbekneftegaz” Üstyurt bölgəsində karbohidrogenlərin kəşfiyyatı ilə bağlı saziş bağlayıb (FOTO)

Bakı. Trend:

Özbəkistan Respublikası Energetika Nazirliyi, AzərbaycanınDövlət Neft Şirkəti (SOCAR) və “Uzbekneftegaz” ASC arasında Üstyurtneft-qaz regionunun investisiya bloklarında geoloji-kəşfiyyatişlərinin aparılması və sonrakı mərhələdə karbohidrogenlərinhasilatını nəzərdə tutan məhsulun pay bölgüsü sazişi (MPBS)imzalanıb.

Trend-inÖzbəkistan Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə,sənəd iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı məqsədiləimzalanıb və ikitərəfli enerji əməkdaşlığının genişləndirilməsiyolunda mühüm addım hesab olunur.

Sazişin şərtlərinə əsasən, sahəsi min kvadrat kilometrdən azolmayan ərazidə 3D seysmik-kəşfiyyat işləri aparılacaq. Bu işlərinnəticələrinə əsasən, bir quyuda qazma işlərinə başlanılacaq. Sənayeəhəmiyyətli yataqlar aşkarlanacağı təqdirdə, tərəflər onlarınişlənməsi və hasilatına başlayacaqlar.

SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, layihədə iştirakşirkətin Mərkəzi Asiya və Xəzər regionunda mövcudluğunugücləndirməyə yönəlmiş uzunmüddətli strategiyasına uyğundur:

“SOCAR bu layihəyə böyük ruh yüksəkliyi ilə başlayır, toplanmıştəcrübəni və qabaqcıl texnologiyaları tətbiq edir. Əminik ki, buəməkdaşlıq Özbəkistanın enerji təhlükəsizliyinə vəinfrastrukturunun inkişafına mühüm töhfə verəcək”.

Özbəkistanın energetika naziri Jurabek Mirzəmaxmudov qeyd edibki, SOCAR ilə tərəfdaşlıq investisiya cəlbi və beynəlxalqtəcrübənin tətbiqi ilə bağlı ölkənin strateji məqsədlərinəuyğundur:

“Üstyurt böyük potensiala malikdir və məhsulun pay bölgüsüsazişinin imzalanması onun işlənməsi üçün yeni imkanlar açır.Əminik ki, layihə texnoloji tərəqqinin və iqtisadi artımın mühümhərəkətverici qüvvəsinə çevriləcək”.

“Uzbekneftegaz” ASC-nin idarə heyətinin sədri Bahodirjon Sidikovsazişi sahəvi əməkdaşlığın inkişafında mühüm mərhələadlandırıb:

“Bu, “Uzbekneftegaz”ın etibarlı və innovativ tərəfdaş,beynəlxalq əməkdaşlığa və iri həcmli investisiyalara açıq şirkətkimi mövqeyini gücləndirir”, - deyə o bildirib.

Qeyd edək ki, məhsulun pay bölgüsü sazişi (MPBS) dövlət iləinvestor arasında bağlanan və sonuncuya neft-qaz əməliyyatları, ocümlədən, kəşfiyyat, işlənmə və hasilat hüququ verən müqavilədir.MPBS modeli sərmayənin hasil olunan resursların bir hissəsi(kompensasiya məhsulu) hesabına geri qaytarılmasını və qalanmənfəətli məhsulun tərəflər arasında razılaşdırılmış nisbətdəbölüşdürülməsini nəzərdə tutur. Bu mexanizm birbaşa xariciinvestisiyaların cəlbinə, risklərin azaldılmasına və müasirtexnologiyaların ötürülməsinə şərait yaradır.

Material dərc olunanadək SOCAR-a layihə ilə bağlı əlavəşərhlərin verilməsi üçün rəsmi sorğu göndərilib. Xəbər dərcolunanadək şirkətdən cavab daxil olmayıb.

SOCAR
SOCAR
SOCAR
Məqalədə:
Chosen
39
2
az.trend.az

3Sources