EN

De Xea: “Ronaldo adi təzahür deyil”

“Fiorentina”nın 34 yaşlı ispan əsas qapıçısı David de Xea keçmiş həmklubu Kristiano Ronaldo haqda söhbət açıb.

Arena.az “Cronache di spogliatoio” dərgisinə istinadən, De Xeanın müvafiq fikrini təqdim edir:

“Kristiano – bu, bir vəhşidir, amma düşünürəm, sizə, elə, eşitdiyinizi deyirəm, çünki bu, adi təzahür deyil. Onun 40 yaşlı var, amma o, hələ də qollar vurur və qənimətlər qazanır. Yarışların əsl yırtıcısı! Onun özü ilə qayğılanması – bu, bir qeyri-adi xüsusdur. Bütün tarix ərzində onun kimiləri barmaqlarla syamaq olar – belələri bir-iki nəfərdir. İkicə il yaxşı oynamaq olar, amma müvafiq halda iyirmi il çıxış et, görüm…”, deyə De Xea heyranlıqla vurğulayıb.

Xatırladaq ki, De Xea və Ronaldo “Mançester Yunayted”də birlikdə çıxış ediblər.

40 yaşlı portuqal ulduz hücumçu hazırda Səudiyyə Ərəbistanı “Əl-Nəsr”ində çıxış edir və “Nəcd cəngavərləri”nin kapitanı və aparıcı simasıdır.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayında “Əl-Nəsr”ə qoşulub. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun Səudiyyə Ərəbistanı klubu ilə yenilənmiş müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ronaldo geridə qalmış mövsümdə “Əl-Nəsr”in heyətində 41 oyuna 35 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 105 oyun, 93 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 221 oyuna 138 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Chosen
90
arena.az

1Sources