EN

“Colgate”in satışı qadağan edilir - Azərbaycana da keyfiyyətsiz məhsul GƏTİRİLİB?

Son günlər mediada yayılan məlumatlara görə, Argentinada məşhur “Colgate” diş məcununun satışı qadağan edilib. Bununla yanaşı, dünyanın 19 ölkəsində də sözügedən məhsulla bağlı istehlakçı şikayətləri qeydə alınıb. Məsələnin Azərbaycana da təsir edib-etməyəcəyi ilə bağlı narahatlıq yaranıb.
 

MÖVZU İLƏ BAĞLI :

Bu diş pastalarında zəhərli maddə aşkarlandı - Azərbaycanda da satılır


Mövzuya münasibət bildirən istehlakçı hüquqları üzrə ekspert Eyyub Hüseynov “Colgate” məhsullarının dünyada geniş və aqressiv reklam olunduğunu vurğulayıb:

 

“Hətta Nyu-Yorkda dənizin içində “Colgate”in nəhəng reklamı var. Bildirilir ki, bu reklamın bir günlük qiyməti 10 milyon dollar civarındadır. Bəzən bir məhsul bu cür reklam kampaniyası ilə insanların beyninə yeridilir.


Sonradan saxta və keyfiyyətsiz variantlar bazara çıxdıqda belə, istehlakçının onu ayırd etməsi illər alır. Yəqin ki, “Colgate”lə bağlı da oxşar vəziyyət yaşanır”, - deyə o, bildirib.


Ekspert Argentinada məsələ ilə bağlı atılan addımı alqışlayaraq bildirib ki, məsələni daha dəqiq araşdırmaq üçün həmin ölkədəki müvafiq təşkilatla əlaqə yaradacaq:
 

“Əsas məsələ budur ki, keyfiyyətsiz məhsulun Azərbaycana da gətirilib-gətirilmədiyi müəyyənləşdirilməlidir. Hesab edirəm ki, “Colgate” məhsullarını ölkəyə idxal edən şirkət bu barədə tezliklə açıqlama yaymalı və məsələ ilə bağlı ictimaiyyəti məlumatlandırmalıdır”.


Hazırda Azərbaycanda aidiyyəti qurumların məsələ ilə bağlı hər hansı rəsmi açıqlaması yoxdur.

Aygün Hüseyn, Bizim.Media

Chosen
168
50
bizim.media

10Sources