EN

"Sabah" "Petrokub"a qarşı - Yenilənir

style='margin-bottom:10px;'>

Azərbaycan təmsilçisi "Sabah" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyuna çıxacaq.

QOL.az xəbər verir ki, Valdas Dambrauskasın komandası səfərdə Moldova "Petrokub"u ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında cavab qarşılaşması iyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.

Cütün qalibi Avropa Liqasının "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə görüşəcək.

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

24 iyul

21:00. "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan)

Hakimlər: Qal Leiboviç, Omer Barbiro, Yossi Babayoff, Dekel Zino (İsrail)

"Zimbru" stadionu

Chosen
101
5
teleqraf.com

10Sources