Türkiyə Xarici İşlər naziri Hakan Fidan İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarından əvvəl çıxış edib.
Musavat.com xəbər verir ki, nazir danışıqların əsas məqsədinin münaqişəyə son qoyacaq mexanizmlərin formalaşdırılması olduğunu bildirib.
“Bu görüşlərin nəticəsi olaraq atəşkəsə nail olmaq və sülh prosesini başlatmaq prioritetimizdir”, – Fidan qeyd edib.
Onun sözlərinə görə, Türkiyə bu istiqamətdə bütün imkanlarını səfərbər etməyə hazırdır.
"Cebheinfo.az"