EN

“Onlar mənim həyatımın vacib hissəsi olub”

"Barselona"ya 2025/2026 mövsümü üçün icarə əsasında keçən Markus Reşford sabiq klubu "Mançester Yunayted" haqqında açıqlama verib.

90deqiqe.Az xəbər verir ki,  27 yaşlı hücumçu Kataloniya klubunun "YouTube" kanalında yayımlanan canlı yayımda "qırmızı şeytanlar"a təşəkkürünü bildirib.

"‘Mançester Yunayted’ haqqında pis bir söz belə deyə bilmərəm. Düşünürəm ki, bu klub mənim həyatımın çox önəmli bir hissəsi olub. Minnətdaram... Onlara yalnız uğurlar arzulayıram və gələcəkdə böyük nailiyyətlər qazanacaqlarına inanıram"

Qeyd edək ki, Markus Reşford “Mançester Yunayted” akademiyasının yetirməsidir. Bu ilin fevralından iyun ayına qədər "Aston Villa"da icarə əsasında çıxış edən futbolçu 17 oyunda 4 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Reşfordun “Barselona” ilə icarə müqaviləsi satınalma opsiyası ilə bir mövsüm üçün nəzərdə tutulub.

 

Chosen
44
90deqiqe.az

1Sources