EN

İsrail Suriya ordusunun Homsdakı anbarlarına ZƏRBƏLƏR ENDİRDİ

Ajans.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. Məlumata görə, İsrail aviasiyası əyalətin inzibati mərkəzi olan Homs şəhərindən təxminən 100 km cənub-şərqdə yerləşən Şinşar bölgəsinə hücum edib. Hücumun nəticələri barədə hələlik məlumat verilməyib.

İsrailin müdafiə naziri İsrael Kats daha əvvəl Suriyanın hökumət qüvvələrinin Əs-Suveyda şəhəri və druzların kompakt yaşadığı əraziləri tərk etməyəcəyi təqdirdə hücumlarla bağlı xəbərdarlıq etmişdi.

Chosen
110
2
Ajans.az

3Sources