EN

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi – RƏSMİ

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Publika.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son mövsümü “Fakel” (Voronej, Rusiya) klubunda keçirmiş Rayan Senhadji ilə 2+1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı əlcəzairli mərkəz müdafiəçisi “Sumqayıt”da “72” nömrəli formada çıxış edəcək.

Chosen
54
7
publika.az

10Sources