"Sumqayıt" heyətinə yeni futbolçu cəlb edib.
Offsideplus.az xəbər verir ki, klub son mövsümü "Fakel"də (Voronej, Rusiya) keçirmiş Rayan Senhadji ilə 2+1 illik müqavilə imzalayıb. 28 yaşlı əlcəzairli mərkəz müdafiəçisi "Sumqayıt"da "72" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Gənclik şəhəri təmsilçisi buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli və Aleksandr Ramalinqomu heyətinə qatıb.