"Sumqayıt" yeni transferini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Kimyaçılar" mərkəz müdafiəçisi Rayan Senhadji ilə 2+1 illik müqavilə imzalayıb. 28 yaşlı əlcəzairli futbolçu son olaraq Rusiyada "Fakel"ində çıxış edib.
O, "Sumqayıt"da "72" nömrəli formada çıxış edəcək.