EN

ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 3,2 milyon barel azalıb

BAKI. 23 iyul. TELEQRAF

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 3,2 milyon barel azalaraq 18 iyul 2025-ci il tarixinə 419 milyon barel təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, ehtiyatların hazırkı həcmi ilin bu dövrü üçün beşillik orta göstəricidən 9% azdır.

Bakı vaxtı ilə saat 17:32-yə olan məlumata görə, Londonun ICE birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,66% ucuzlaşaraq 68,22 dollar/barelə, WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,78% azalaraq 64,97 dollar/barelə bərabər olub.


Chosen
52
teleqraf.com

1Sources