EN

Ağır qəza baş verdi - Xəsarət alanlar var - VİDEO

Bakı-Gəncə-Qazax-Gürcüstan yolunda ağır qəza baş verib. 

Moderator.az xəbər verir ki, Bakı-Gəncə-Qazax-Gürcüstan avtomobil magistralının Ucar rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, "Vito" markalı minik avtomobili ilə "Mercedes" markalı yük maşını toqquşub. Zərbənin gücündən "Vito" yoldan çıxaraq ərazidəki çalılıqlara düşüb, yük maşını isə aşıb.

Hadisə zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar təcili tibbi yardım vasitəsilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları və digər operativ qurumlar cəlb olunub.

Qəzanın dəqiq səbəbləri və xəsarət alanların sayı araşdırılır.

Əlavə məlumat veriləcək.

 

Chosen
103
27
moderator.az

10Sources