EN

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edildi

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib.

Oxu.Az xəbər verir ki, E.Camalov 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Ümumi iqtisadiyyat" ixtisası üzrə bakalavriat, 2011-ci ildə isə magistratura pilləsini bitirib. O, 2019-cu ildə "Davamlı inkişafın idarəedilməsi" ixtisası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura təhsilini başa vurub.

Əmək fəaliyyətinə 2009-cu ildə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi kimi başlayan Elvin Camalov nazirlikdə müxtəlif vəzifələrdə çalışıb. O, 2019-2022-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdir müavini, 2022-2024-cü illərdə isə həmin şöbənin müdiri vəzifəsində işləyib.

Son təyinatadək Elvin Camalov iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

O, Azərbaycan Respublikasının Prezidentinin 23 iyun 2020-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
76
30
oxu.az

10Sources