EN

Tommazo Pobeqa yenə “Milan”ı tərk etdi

İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Tommazo Pobeqa 2025/2026-cı illər mövsümündə yenə “Bolonya”nın formasını geyinəcək.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.

25 yaşlı italiyalı futbolçu qarşıdakı mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb. “Bolonya” bir mövsümlük icarə üçün “Milan”a 1 milyon avro ödəyəcək.

Tommazo Pobeqa futbola “Triestina”da başlasa da, “Milan”ın yetirməsi hesab olunur. O, doğma klubunun əsas komandasında cəmi 43 matça çıxıb və 3 qolla yadda qalıb. Pobeqa əvvəlki mövsümlərdə “Pordenone”, “Torino”, “Ternana”, “Spetsiya” kimi klublarda da icarədə olub. Ötən mövsümü də “Bolonya”da icarədə keçirmiş yarımmüdafiəçi burada 30 oyuna 4 qol və 3 assistlə yadda qalıb.

İtaliyanın U-21 yığmasında da oynamış Pobeqa, 2022-ci ildə debüt etdiyi əsas millidə 3 oyuna çıxıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

Chosen
68
arena.az

1Sources