EN

Universiada: Badmintonçumuz 1/16 finalda FOTO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan badmintonçusu Həcər Nuriyeva Ümumdünya Yay Universiadasında qızların şəxsi yarışında ilk qələbəsini qazanıb.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbəri verir ki, təmsilçimiz 1/32 finalda Misir təmsilçisi Kana Abdelkaderə 2:1 (15-9, 16-18, 15-13) hesabı ilə qalib gəlib.

Həcər 1/16 finalda Tailand badmintonçusu Thamonvan Nithittikrai ilə qarşılaşacaq. Oyun sabah Bakı vaxtı ilə saat 15:40-da başlayacaq.

Digər badmintonçularımızdan Aqil Qəbilov və Murad Şabanzadə isə oğlanların şəxsi yarışında mübarizəni dayandırıb.

Qəbilov 1/32 finalda polşalı Yan Vilczaka 0:2 (6-15,10-15) hesabı ilə uduzub. Şabanzadə isə 1/32 finalda çinli Zhou Xin Yuya 0:2 (3-15, 2-15) hesabı ilə məğlub olub.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
54
1
icma.az

2Sources