İtaliyanın Tarquinia şəhərində 78 yaşlı kişi ölüm elan edildikdən 30 dəqiqə sonra möcüzəvi şəkildə gözlərini açaraq dirilib. Həkimlər onun ölümünü rəsmən təsdiqləmiş, ailəsi isə tabutu gözləyirdi. Lakin kişi qəfildən hərəkət edib “Uşaqlarım haradadır?” deyə soruşub.
Bu barədə News24.az Milliyet-ə istinadən xəbər verir.
Hazırda vəziyyəti stabildir və normal ünsiyyət qurur. Həkimlər bu hadisəni nadir “Lazarus Sindromu” ilə əlaqələndirirlər. Bu sindrom zamanı həyat əlaməti göstərməyən insan heç bir tibbi müdaxilə olmadan qısa müddətdə yenidən yaşama qayıdır. Hadisə həm tibb dünyasında, həm də sosial mediada böyük marağa səbəb olub.
Xeyrənsə Piriyeva