EN

Kosmosdan gələn təhlükə: Yer kürəsində yeni pandemiya

Bəşəriyyət hələ COVID-19 pandemiyasının travmasından tam qurtulmamışkən, kosmosdan gələn yeni və daha təhlükəli pandemiya riski gündəmi zəbt edib. İddialara görə, Marsdan Yerə qaytarılacaq nümunələr bəşər tarixində görünməmiş bioloji fəlakətə səbəb ola bilər.

Publika.az xəbər verir ki, britaniyalı astrobioloq Barri DiQreqorio “The Mirror” qəzetinə açıqlamasında bununla bağlı xəbərdarlıq edib.

Onun sözlərinə görə, NASA-nın Marsdan torpaq və qaya nümunələri gətirmək planı böyük bioloji risk daşıyır və bu, real dünyada kabusa çevrilə bilər.

DiQreqorio bildirib ki, NASA Marsda həyatın ilk izlərini 1976-cı ildə Vikinq missiyası zamanı aşkar edib. Lakin agentlik bu dəlilləri illərdir görməzdən gəlir. Onun fikrincə, indi Marsdan gətiriləcək nümunələr əgər ciddi şəkildə nəzarət olunmadan Yerə daxil olarsa, naməlum patogenlərlə bəşəriyyəti təhdid edə bilər.

Chosen
38
publika.az

1Sources