Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2025-ci il üçün təsdiq olunmuş iş planına uyğun olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.
Milli.Az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, nəzarət tədbirləri idarənin tabeliyindəki 103 ümumi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edib.
Aparılan yoxlamalar zamanı bÉ™zi tÉ™hsil müəssisÉ™lÉ™rindÉ™ dÉ™rnÉ™k vÉ™ dÉ™rsdÉ™nkÉ™nar məşğəlÉ™lÉ™rin təşkilindÉ™, dÉ™rslÉ™rin É™vÉ™zolunması ilÉ™ baÄŸlı É™mÉ™khaqqının ödÉ™nilmÉ™sindÉ™, qruplarda komplektləşdirmÉ™nin aparılmasında, ÅŸtatların müəyyÉ™n olunmuÅŸ normalara uyÄŸun saxlanılmasında, elÉ™cÉ™ dÉ™ qida tÉ™chizatında nöqsanlar aÅŸkar edilib.Â
205 təhsil müəssisəsində son 3 il üzrə aparılmış nəzarət tədbirləri ilə aşkar olunan nöqsan və çatışmazlıqlara əsasən müəyyənləşdirilmiş 594,6 min manat vəsait cavabdeh şəxslər tərəfindən dövlət büdcəsinə bərpa edilib, inzibati xəta törətmiş 26 vəzifəli şəxs isə inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunub.
Nöqsanlara yol vermiş 134 vəzifəli şəxsə əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi (şiddətli töhmət, töhmət, xəbərdarlıq) verilib, 6 rəhbər şəxslə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə aparılan nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntuları və digər nöqsanlara görə 33 təhsil müəssisəsinin rəhbəri tutduğu vəzifədən azad olunub.
Digər Regional Təhsil İdarələrində də bənzər halların araşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Milli.Az