Bu barədə Bakues.az-a Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Bildirilib ki, İstanbul şəhərində keçirilən görüşdə ölkələrimiz arasında əlaqələrin qarşılıqlı inama, əməkdaşlığa, eləcə də, mədəni əsaslara söykəndiyi vurğulanıb. Tərəflər Azərbaycan-Pakistan hərbi əməkdaşlığının cari vəziyyətini müzakirə edib, bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin hərbi əlaqələrimizin yeni inkişaf perspektivləri müzakirə olunub.