EN

Yensen: "Araz-Naxçıvan" üzərində qələbə qazanmaq istəyirik"

"Aris" kollektivi "Araz-Naxçıvan" üzərində qələbə qazanmaq istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Yunanıstanın "Aris" klubunun futbolçusu Fredrik Yensen UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Finlandiyalı yarımmüdafiəçi Azərbaycan komandasına qarşı ciddi hazırlaşdıqlarını söyləyib:

"Sabah bizi maraqlı oyun gözləyir. "Araz-Naxçıvan" üzərində qələbə qazanmaq istəyirik. Komanda olaraq görüşə hazırıq".

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.

Chosen
79
5
bakivaxti.az

10Sources