EN

Bakıda məişət tullantılarını kənara atan 15 nəfər barəsində inzibati tədbir görülüb


Paytaxtın Xəzər, Binəqədi, Qaradağ və Səbail rayonlarında Xəzər dənizinin sahilboyu ərazilərində keçirilən növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması halları aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə ümumilikdə 15 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbirlər görülüb.

Bir daha diqqətə çatdırırıq ki, qeyd olunan profilaktik tədbirlər ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlib.

NAMİQ

Chosen
40
1
baki-xeber.com

2Sources