EN

Tullantı suları təmizlənmə prosesindən keçmədən Sumqayıtçaya axıdılan müəssisə ilə bağlı inzibati araşdırmaya başlanılıb

Bakı, 23 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) əməkdaşları tərəfindən suların istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə növbəti nəzarət tədbiri keçirilib.

SİMDNX-dən AZƏRTAC-a bildirilib ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ünvanında fəaliyyət göstərən “Bakı Qida və Yağ Fabriki” MMC-də istehsalat zamanı formalaşan tullantı sularının xüsusi çəkilmiş boru xətti vasitəsilə Sumqayıtçay çayına axıdılması faktına rast gəlinib.

“Müəssisə tərəfindən tullantı sularının təmizlənmə prosesindən keçərək axıdıldığı bildirilsə də ərazidə müşahidə olunan kəskin iy-qoxu və tullantı suyunun vizual görünüşü suların heç bir təmizlənmə prosesindən keçməməsinə əsaslı şübhələr yaradır. Axıdılan tullantı sularının bioloji və kimyəvi tərkibinin müəyyən olunması məqsədilə agentliyin mərkəzi laboratoriyası tərəfindən su nümunələri götürülüb və faktla bağlı tərəfimizdən inzibati araşdırma başlanılıb. İnzibati araşdırmanın yekununda iş üzrə materiallar məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

 

 

Chosen
20
6
azertag.az

10Sources