EN

Evlərin qeydiyyatı sadələşdirilir

Azərbaycanda fərdi yaşayış evlərinin, xüsusilə Bakı və Abşeron ərazisindəki "fin" tipli evlərin yerində inşa edilmiş tikililərin qeydiyyat prosedurları sadələşdirilir.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

O qeyd edib ki, praktikada vətəndaşlar "fin" tipli evləri sökərək onların yerində yeni fərdi yaşayış evləri tikiblər: "Lakin əvvəlki qanunvericilik yalnız müvafiq icra hakimiyyəti orqanından alınmış tikintiyə icazə sənədi əsasında bu tikililərin və torpaq sahələrinin qeydiyyatına imkan verirdi. Yeni dəyişikliklərə əsasən, əgər vətəndaşın əlində 2004-cü ilin avqust ayına qədər “fin” tipli evin sökülməsi və onun yerində fərdi yaşayış evinin inşasına dair icra hakimiyyətinin sərəncamı və təsdiqlənmiş layihəsi varsa, həmin sənədlərlə müraciət etməklə həm tikilini, həm də layihədə göstərilən torpaq sahəsini rəsmi qeydiyyata almaq mümkün olacaq”.

 

Chosen
111
14
xezerxeber.az

10Sources