Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.
O qeyd edib ki, praktikada vətəndaşlar "fin" tipli evləri sökərək onların yerində yeni fərdi yaşayış evləri tikiblər: "Lakin əvvəlki qanunvericilik yalnız müvafiq icra hakimiyyəti orqanından alınmış tikintiyə icazə sənədi əsasında bu tikililərin və torpaq sahələrinin qeydiyyatına imkan verirdi. Yeni dəyişikliklərə əsasən, əgər vətəndaşın əlində 2004-cü ilin avqust ayına qədər “fin” tipli evin sökülməsi və onun yerində fərdi yaşayış evinin inşasına dair icra hakimiyyətinin sərəncamı və təsdiqlənmiş layihəsi varsa, həmin sənədlərlə müraciət etməklə həm tikilini, həm də layihədə göstərilən torpaq sahəsini rəsmi qeydiyyata almaq mümkün olacaq”.
10Sources
-
olke.azAzərbaycanda fərdi yaşayış evlərinin qeydiyyatı sadələşdirilir ( 19638473)
-
banker.azAzərbaycanda fərdi yaşayış evlərinin qeydiyyatı sadələşdirilir ( 19637759)
-
fed.azAzərbaycanda həyət evlərinin qeydiyyatı sadələşdirilir ( 19633913)
-
fed.azAzərbaycanda "fin" tipli evlərin yerində tikilən yeni tikililərə mülkiyyət hüququ tanınacaq ( 19633793)
-
xezerxeber.azEvlərin qeydiyyatı sadələşdirilir ( 19633547)
-
demokrat.azAzərbaycanda fərdi yaşayış evlərinin qeydiyyatı sadələşdirilir ( 19633280)
-
poliqon.infoAzərbaycanda fərdi yaşayış evlərinin qeydiyyatı sadələşdirilir ( 19633130)
-
sherg.azAzərbaycanda fərdi yaşayış evlərinin qeydiyyatı sadələşdirilir ( 19632992)
-
modern.azAzərbaycanda fərdi yaşayış evlərinin qeydiyyatı sadələşdirilir ( 19633334)
-
apa.azAzərbaycanda fərdi yaşayış evlərinin qeydiyyatı sadələşdirilir ( 19632833)