EN

Azərbaycan Bişkekdə müasir uşaq xəstəxanasının tikintisini maliyyələşdirmək niyyətindədir

Bişkek. Trend:

Azərbaycan Bişkekdə müasir uşaq xəstəxanasının tikintisinimaliyyələşdirmək niyyətindədir.

Trend xəbər verirki, bunu Qırğızıstanın prezident administrasiyasının rəhbəriKanıbek Tumanbayev Ana və uşaqların qorunması milli mərkəzinə başçəkən zaman jurnalistlərə verdiyi açıqlamada deyib.

Əvvəl obyektin İssık-Gül vilayətində inşası planlaşdırılırdısa,Prezident Sadır Japarovun Azərbaycana etdiyi səfərdən sonralayihənin paytaxtda gerçəkləşdirilməsi qərara alınıb.

“Artıq hazırlıq işlərinə başlanılıb”, - deyə Tumanbayevbildirib.

Onun sözlərinə görə, yeni tibb müəssisəsi son texnologiyalarlatəchiz olunacaq və tam şəkildə müasir standartlara cavabverəcək.

Məqalədə:
Chosen
57
1
az.trend.az

2Sources