Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda danışıqlar zamanı digər mövzularla yanaşı razılaşmalar və mübadilələri də müzakirə edəcəklər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Danışıqlar axşam başlayacaq, əsas diqqət müqavilə layihələri və yazışmalar olacaq",- deyə agentliyin nümayəndəsi bildirib.
Rusiya nümayəndə heyəti bundan əvvəl Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün İstanbula səfər etmişdi.