Çin Mobil, dünyada ilk dəfə altıncı nəsil (6G) kommunikasiya şəbəkəsinin kiçik miqyaslı eksperimental şəbəkəsinin işə salındığını elan edib. Test infrastrukturuna 10 baza stansiyası daxildir. Layihə tədqiqat məqsədləri üçün həyata keçirilir və mövcud mərhələdə kommersiya istifadəsi nəzərdə tutulmur. Bu barədə MyDrivers məlumat yayıb. Operatorun məlumatına görə, pilot sınaqlar zamanı məlumat ötürmə sürəti 280 Gbit/s-ə çatıb ki, bu da 5G şəbəkələrinin nəzəri maksimum həddini 14 dəfədən çox üstələyir.