EN

Kadırovun avtomobilinin arxasınca qaçan sabiq deputat: Bu, dəyərli şans əldə etmək imkanıdır

Çeçenistan rəhbəri Ramzan Kadırovun azyaşlı oğlu Adamın avtomobilinin arxasınca qaçan Smolenskdən olan qalmaqallı keçmiş deputat Maksim Baranov onunla görüşdən sonra yaranan motivasiya və imkanlardan danışıb.

Publika.az xəbər verir ki, Baranov fikirlərini “Telegram”da dərc edib.

Smolensk şəhər şurasının keçmiş deputatı bildirib ki, Adam Kadırov kimi şəxslərlə görüş onun üçün dəyərli şans əldə etmək imkanıdır.

"Bu, təcrübə mübadiləsi, dəyərli məsləhətlər almaq və özünü ümumi dəyərlər və mükəmməlliyə can atan böyük və güclü cəmiyyətin bir hissəsi kimi hiss etmək imkanıdır", - Baranov yaranan perspektivlər haqqında deyib.

Chosen
104
publika.az

1Sources