EN

Ermənistan ordusunun iki yük maşını qəzaya düşüb: yaralılar var

İyulun 23-də səhər saatlarında Ermənistanın Qeqarkunik rayonunda qəza baş verib.

Herbiand.az bu barədə shamshyan.com-a istinadən xəbər verir.

Qeyd edilib ki, saat 09:50 radələrində Sevan-Martuni yolunun 6-cı kilometrliyində “Ford Transit” və Ermənistan ordusuna məxsus iki “Ural” markalı yük maşını toqquşub. Toqquşma nəticəsində “Ford Transit” iki “Ural”ın arasında qalıb.

4 hərbçi Sevan tibb mərkəzinə yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb.

Bəxtiyar CƏFƏRLİ

Chosen
84
herbiand.az

1Sources