EN

Almaniya terror və kəşfiyyat fəaliyyətlərinə görə cəzaları sərtləşdirəcək

Almaniya hökuməti terrorçuluqda şübhəli bilinən şəxslərə və Almaniya ərazisində kəşfiyyat fəaliyyəti ilə məşğul olan xarici dövlətlərin agentlərinə qarşı mübarizəni gücləndirməyi planlaşdırır.

Bakues.az “Bild” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Stefani Hubiq 2025-ci ilin payızında qəbul oluna biləcək müvafiq qanun layihəsi hazırlayıb.

Qanuna əsasən, Almaniyaya terror aktı törətmək məqsədi ilə daxil olmaq cinayət məsuliyyətinə cəlb olunan əməl hesab olunacaq. Bundan əlavə, təhlükəli obyekt və ya avtomobildən istifadə edərək terror aktı hazırlayan hər kəs də cinayət cəzasına məruz qalacaq.

Almaniya hakimiyyəti həmçinin hüquq-mühafizə orqanlarına şübhəli agentlərə nəzarəti gücləndirmək və xarici kəşfiyyat xidmətləri adından Almaniyada yaşayan şəxsləri və ya təşkilatları izləyənlərə qarşı cəzaları sərtləşdirməyə icazə vermək niyyətindədir.

Qanun layihəsinə sentyabrın əvvəlində Almaniya hökumətində baxılacağı, payızda isə Bundestaqda qəbul ediləcəyi gözlənilir.

Asim

Chosen
54
icma.az

1Sources