EN

“Baza”nın baş redaktoru və prodüseri 12 il müddətinə həbs oluna bilər

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın "Baza" teleqram kanalının baş redaktoru Qleb Trifonov və kanalın prodüseri Tatyana Lukyanova üçün 12 ilədək azadlıqdan məhrumetmə təhlükəsi var, onlar qrup şəklində böyük məbləğdə rüşvət verməkdə ittiham olunurlar.

“Report” xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Q.Trifonova Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsi (vəzifəli şəxslərə rüşvət vermə) ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyası 1 milyondan 3 milyon rubladək cərimə, 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə və digər cəzaları nəzərdə tutur.

“Baza”nın prodüseri T.Lukyanovaya da oxşar ittiham irəli sürülüb. Q.Trifonov və T.Lukyanova günahlarını qəbul etmirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
75
5
azpolitika.info

6Sources