EN

Rusiyada müstəqil mətbuat necə susdurulur…

“Baza” “Telegram” kanalının baş redaktoru Qleb Trifonovu 12 ilə qədər həbs gözləyir. 

Rusiya İstintaq Komitəsi onu bir qrup şəxslə birlikdə rüşvət almaqda ittiham edib. Jurnalist günahını etiraf etməyib. 

“Cebheinfo.az” xəbər verir ki, İstintaq Komitəsi Trifonov və onun həmkarı Lukyanovun həbsini tələb edir. 

Qleb Trifonov səhər evinə basqın edilərkən saxlanılıb. 14 saatdan artıq müddətdə nə vəkilinə, nə də yaxınlarına görüşə icazə verilib, özü də onlarla əlaqə saxlamayıb. “Baza” yazır ki, Trifonovun dindirilməsi Cinayət Prosessual Məcəlləsi ilə açıq şəkildə qadağan olunsa da, o, gecə saatlarında aparılıb.

Chosen
73
1
cebheinfo.az

2Sources