EN

Abşeron-Xızı Regional Təhsil İdarəsində yoxlama keçirilib, 6 rəhbər şəxs işdən çıxarılıb

Bakı. Trend:

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2025-ciil üçün təsdiq olunmuş iş planına uyğun olaraq Abşeron-XızıRegional Təhsil İdarəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərintəyinatı üzrə xərclənməsi yoxlanılıb.

Trend xəbərverir ki, bununla bağlı Maliyyə, Elm və Təhsil Nazirlikləri birgəməlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri idarənin tabeliyindəki 103ümumi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsiniəhatə edib.

Aparılan yoxlamalar zamanı bəzi təhsil müəssisələrində dərnək vədərsdənkənar məşğələlərin təşkilində, dərslərin əvəzolunması iləbağlı əməkhaqqının ödənilməsində, qruplarda komplektləşdirməninaparılmasında, ştatların müəyyən olunmuş normalara uyğunsaxlanılmasında, eləcə də qida təchizatında nöqsanlar aşkaredilib.

205 təhsil müəssisəsində son 3 il üzrə aparılmış nəzarəttədbirləri ilə aşkar olunan nöqsan və çatışmazlıqlara əsasənmüəyyənləşdirilmiş 594,6 min manat vəsait cavabdeh şəxslərtərəfindən dövlət büdcəsinə bərpa edilib, inzibati xəta törətmiş 26vəzifəli şəxs isə inzibati məsuliyyətə cəlb olunaraq cəriməolunub.

Nöqsanlara yol vermiş 134 vəzifəli şəxsə əmək qanunvericiliyinəuyğun olaraq intizam tənbehi (şiddətli töhmət, töhmət, xəbərdarlıq)verilib, 6 rəhbər şəxslə bağlanılmış əmək müqaviləsinə xitamverilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrəaparılan nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyəpozuntuları və digər nöqsanlara görə 33 təhsil müəssisəsininrəhbəri tutduğu vəzifədən azad olunub.

Digər Regional Təhsil İdarələrində də bənzər hallarınaraşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

Chosen
63
49
az.trend.az

10Sources