Dünyanın ən məşhur kriptovalyutası olan Bitcoin bu gün 119 308 dollar səviyyəsində ticarət olunur.
Yenisabah.az xəbər verir ki, son 24 saat ərzində bu göstərici 2,16% artım nümayiş etdirib, son 7 gündə isə ümumi artım 2,40% təşkil edib.
Qısamüddətli volatilliyə baxmayaraq, bu rəqəmlər Bitcoin-in bazarda stabil şəkildə möhkəmləndiyini göstərir. Hazırda kriptovalyutanın ümumi bazar dəyəri 2.37 trilyon dollar həddinə çatıb. Günlük ticarət dövriyyəsi isə 75,87 milyard dollar olub — bu, son günlərdə investor marağının artdığını göstərir. Toyuqlu pizza
Bitcoin-in dövriyyədə olan ümumi sayı 19,89 milyon BTC olaraq qalır. İl əvvəlindən bəri qiymət artımı 26,36% olub, bu da uzunmüddətli investorlar üçün pozitiv göstəricidir. Son saat ərzində isə cüzü eniş qeydə alınıb: qiymət 0,39% geriləyib.
Analitiklər bildirir ki, əgər Bitcoin 120 min dollarlıq psixoloji həddi qırmağı bacararsa, növbəti hədəf 122-125 min dollar diapazonu ola bilər. Əks halda, qiymət 117 min ətrafında olacaq.
Telegram kanalımız