EN

Ukrayna Rostova PUA-larla kütləvi hucum edib

İyulun 23-nə keçən gecə Ukraynaya məxsus PUA-lar Rostov vilayətinə kütləvi hücuma keçib.

AzPost bildirir ki, bu barədə region rəhbərinin səlahiyyətlərini icra edən Yuri Slyusar deyib.

Onun sözlərinə görə, iki şəhər – Novoçerkassk və Şaxtı, həmçinin üç rayon – Myasnikovski, Rodionovo-Nesvetayski və Aksayski vurulub. Novoçerkasska hücum zamanı 3 nəfər xəsarət alıb.

PUA qalıqlarının yerə düşməsi nəticəsində Novoçerkasskın müxtəlif yerlərində yanğınlar başlayıb, lakin onlar tez bir zamanda söndürülüblər. Dörd avtomobilə də ziyan dəyib. Bundan əlavə, partlamamış dron hissələri şəhərdə iki yerə düşüb. Onlardan biri yaşayış binasının yanındakı ağacdan asılıb.

“Astra” kanalında yerli sakinlərin yayımladığı videolara əsasən, Novoçerkasskda dronların hədəfi dəmir yolu stansiyası və Dövlət Rayon Elektrik Stansiyası ola bilərdi. Pilotsuz təyyarələrin zərbəsindən sonra şəhərdə dəmir yolu keçidində nəqliyyatın hərəkəti kəsilib və tıxac yaranıb.

Bundan əlavə, hücum zamanı Rodionovo-Nesvetayski rayonunda şəxsi yaşayış binası yanıb, lakin sakinlərə zərər dəyməyib. Myasnikovski rayonunda partlayış dalğası bir neçə evin pəncərələrini uçurub, dam örtüyü alovlanıb, lakin tələfat olmayıb.

Rusiya Müdafiə Nazirliyinin hesabatına görə, hava hücumundan müdafiə sistemləri bir gecədə Ukraynaya məxsus 33 PUA-sını vurub: Tula vilayətində 12, Rostov vilayətində 11, Nijni Novqorod vilayətində 6, Bryansk vilayətində iki, Kursk və Kaluqa vilayətlərində hər birində 1 PUA vurulub.

AzPost.az

Chosen
40
azpost.info

1Sources