EN

Ədəbiyyat üzrə ilk Nobel mükafatı laureatının evi 8,25 milyon dollara satılır

Amerikalı rok musiqiçisi Bob Dilanın keçmiş evi satışa çıxarılıb.

Operativ Media bu barədə "New York Post"a (NYP) istinadən xəbər verir.

Ədəbiyyat üzrə ilk Nobel mükafatı laureatının Nyu-Yorkdakı ilk evi 8,25 milyon dollara satılır. Mənzilin sahəsi 445 kvadratmetrdir və dörd mərtəbədən ibarətdir.

Nobel mükafatı laureatı 1961-ci ildə buraya köçüb və cəmi üç il orada yaşayıb.

Qeyd edək ki, Bob Dilan, 2016-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk musiqiçi olub. Bu mükafat ona "Amerika musiqisində yeni poetik ifadələr yaratdığına görə" verilib. Dilan, həm də Nobel mükafatı alan ilk bəstəkar olub.

 

Gözəl Azadəliyeva

Chosen
55
operativmedia.az

1Sources