EN

Zelenski İstanbul görüşündə iştirak edəcək heyətin tərkibini təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq tərəfdaşlarla, eləcə də Rusiya nümayəndələri ilə danışıqlar prosesində iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Xezerxeber.az xəbər verir ki, Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə prezident Zelenski fərman imzalayıb. 

Bununla yanaşı, dövlət başçısı Rusiya ilə danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibini 12 nəfərdən 14 nəfərə qədər genişləndirib.

İyulun 23-də İstanbulda keçirilməsi planlaşdırılan Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşündə Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi başçılıq edəcək.

Bundan əvvəl V.Zelenski yeni əsir mübadiləsinə hazırlıq getdiyini, görüşün gündəliyinin və Ukrayna üçün əsas mövzuların razılaşdırıldığını bildirib.

Chosen
10
7
xezerxeber.az

8Sources