EN

Məşhur Hollivud ulduzu danışıq qabiliyyətini itirdi

Dünyaca məşhur aktyor Brüs Uillis uzun çəkən demansiya xəstəliyi səbəbilə artıq yeriyə və danışa bilmir.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, "Express Tribune" qəzetində aktyorun səhhətinin getdikcə pisləşdiyi qeyd edilib. Onun özü bu yaxınlarda bu səbəbdənaktyorluğu tərk etdiyini açıqlayıb. Həmçinin tanınmış sənətçinin ailəsiaktyora ötən il afaziya diaqnozu (nitq pozğunluğu) qoyulduğunu və buna görə təqaüdə çıxacağını ictimaiyyətə bildirmişdi.

Qeyd edək ki, bu ilin mart ayında70 yaşı tamam olan aktyorun qızı Tallulah Uillis son açıqlamasında atasının artıq danışa bilmədiyini, onun artıq səhnə bacarıqlarını itirdiyini, hətta tanınmış aktyor olduğunu və hansı layihələrdə yer aldığını belə xatırlamadığını deyib.

Chosen
155
2
kulis.az

4Sources