Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Moskvada məşhur “Baza” teleqram kanalının baş redaktoru Qleb Trifonov və onun həmkarı rüşvətdə şübhəli bilinərək saxlanılıblar.Demokrat.az bu barədə TASS-a istinadən xəbər verir. Məlumata görə, axtarışlar zamanı istintaq üçün mühüm əhəmiyyət kəsb edən sənədlər və elektron informasiya daşıyıcıları aşkar edilərək götürülüb.Həmçinin İstintaq Komitəsinin yaydığı məlumata görə, Krasnodar və Krasnoyarsk diyarlarında, eləcə də Belqorod vilayətində müstəntiqlər “məhdud girişli məlumatların qanunsuz ötürülməsi və teLeqramda dərc olunması faktlarını” aşkar ediblər.Qeyd edək ki, polislər ötən gün axtarış aparmaq üçün “Baza” teleqram kanalının ofisinə gediblər. Axtarışlardan sonra nəşrin iki əməkdaşı saxlanılıb və daha sonra sərbəst buraxılıblar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.