EN

Tanınmamış dövlət hərbi texnika daşıyan Türkiyə gəmisini ələ keçirib

Somali federal hökuməti üçün nəzərdə tutulmuş hərbi texnika daşıyan türk yük gəmisini ələ keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Somali Guardian" və "Maritime Executive" nəşrləri yazır.

Bildirilir ki, gəminin ələ keçirilməsinə görə məsuliyyəti öz üzərinə tanınmamış "Puntland dövləti" götürüb.

Gəmidə müasir zirehli transportyorlar, zenit topları və digər silahlar aşkarlanıb.

Gəminin saxlanıldığı dəqiq yer hələlik açıqlanmır.

Somalinin şərq hissəsində yerləşən Puntland 1998-ci ildə özünü "muxtar dövlət" olaraq elan edib.

Somali hökuməti hələlik məsələyə münasibət bildirməyib.

Bu hadisə Moqadişo və Puntlend arasında dərinləşən siyasi böhran fonunda baş verib. Cari həftənin əvvəlində Puntlend Somali hökumətini ölkənin şərqində "Puntlend silahlı qüvvələri" ilə toqquşmalara girən döyüşçüləri səfərbər etməkdə ittiham edib.

Türkiyə Somali hökumətinin əsas tərəfdaşlarından biridir.

Chosen
32
7
ikisahil.az

10Sources