
“ABŞ-nın artıq Ukrayna prezidentinə ehtiyacı yoxdur. Onu daha mülayim və üzüyola bir şəxs əvəz edəcək”.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu amerikalı geosiyasi analitik Skott Ritter “Dialogue Works” YouTube kanalında deyib.
“Düşünürəm ki, onu vəzifədən uzaqlaşdırıb, yerinə daha mülayim şəxs gətirməlidirlər. İndi Zelenski Rusiya ilə danışıqlara hazır olduğunu desə də, artıq gecdir. O, artıq keçmişdə qalıb”,- deyən Ritter Ukrayna liderinin qarşıdakı aqibətini belə görür.
E. KAMAL