EN

Yaponiyanın baş naziri istefa verəcək

Yaponiyanın baş naziri Şiqeru İşiba sədri olduğu hakim Liberal Demokrat Partiyasının (LDP) seçkilərdə məğlub olmasından sonra istefa vermək niyyətindədir. 

Ucnoqta.az xəbər verir ki, “Mainichi” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, o, bu barədə öz yaxın ətrafına bildirib.

İşibanın üç keçmiş hökumət başçısı - Yoşihide Suqa, Fumio Kişida və Taro Aso ilə görüşlər keçirəcəyi gözlənilir ki, bu da özlüyündə qeyri-adi hesab olunur.

Onun avqust ayında istefa verəcəyi gözlənilir. 

Chosen
32
ucnoqta.az

1Sources