EN

8 nəfər qidadan zəhərləndi

Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Cəyli kəndində baş verib.

Kənddəki evlərdən birində qida qəbul edən 8 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin dəqiq səbəbi məlum deyil.

Araşdırma aparılır.

Chosen
69
heftelik.az

1Sources