EN

Döyülərək öldürülən kişinin yeniyetmə oğulları saxlanıldı

Sumqayıtda baş vermiş qətl hadisəsinin təfərrüatı məlub olub.

Publika.az xəbər verir ki, bu barədə "Baku" TV süjet yayımlayıb.

"Evə gələndə içkili vəziyyətdə idi, getmək istəyəndə uşaqlar deyib ki, ata, bu halda getmə, küçədə kiminləsə dalaşarsan. Övladları onun arxasınca gediblər ki, gətirsinlər. Görüblər ki, mağazanın yanında pivə içir. Ata uşaqları qovub, onlar da evə qayıdıblar. Səhər isə polis gəlib ki, atalarını döyüblər", - deyə mərhumun qayınanası Arifə Muradova bildirib.

Qonşularının sözlərinə görə isə, onlar dindar ailə olublar. Aslan Bədirov əvvəllər namaz da qılıbmış. Mehriban, lakin imkanları aşağı ailə idilər. Ailədə 5 uşaq olublar. Oğlanlarından biri isə təzəlikcə İdman Akademiyasına qəbul olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən,yetkinlik yaşına çatmayan 17 və 16 yaşlı iki nəfər müəyyən olunaraq saxlanılıb.

Chosen
27
publika.az

1Sources